Azərbaycan Gəncliyinin 100 siması

“Azərbaycan Gəncliyinin 100 Siması” 2010-cu ildə Amerikada məşhur fotoqraf Brandon Stantonun başlatdığı “Humans of New York” kampaniyasından ilhamlanaraq yaranmışdır.

Kampaniya NAYORA-nın 2019-cu il üçün planlaşdırdığı 3 yerli proqramdan biri olan “Gənclər təşkilatlarının iştirakçılığı və inküzlivlik” proqramı nəznində fəaliyyət göstərir.

2018-ci ilə qədər olan statistikaya əsasən facebook-da 17 milyon, instaqramda isə 8.5 milyon insan “Humans of New York” kampaniyasının sosial media hesablarının izləyicisinə çevrilmişdir.

Kriteriyalar

  • Cənab Prezident tərəfindən xüsusi mükafatlarla təltif edilmiş gənclər.
  • Azərbaycanı beynəlxalq arenalarda təmsil etmiş və ya ölkə daxilində böyük uğurlara imza atmış gənclər.
  • Dövlət qurumlarında çalışan və ölkəmiz üçün böyük əhəmiyyət daşıyan fəaliyyət sərgiləmiş gənclər.
  • Elm, incəsənət, ictimai fəaliyyətlə və biznes fəaliyyəti ilə tanınmış və təmsil etmiş gənclər.
  • Ölkə sərhədlərindən kənarda fəaliyyət göstərən və ya təhsil alan gənclər.

Kampaniyanın məqsədləri

Vətənpərvərlik

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən gənc hərbçilərin və qazilərin iştirakı ilə gənclərdə vətənpərvərlik hisslərini möhkəmləndirmək və müharibə şəraitində olan ölkəmizin gəncləri arasında döyüş ruhunu yüksəltmək.

Region gəncləri

Azərbaycanı bugünədək uğurla təmsil etmiş, ölkə gəncliyinə nümunə olacaq, regionlarda fəaliyyət göstərdiyi üçün ictimaiyyətə çox da tanış olmayan gəncləri daima gündəmdə saxlamaq.

Gənclər siyasəti

Azərbaycanda uğurla davam etdirilən gənclər siyasətinin nəticəsi yerli və beynəlxalq ictimaiyyətə çatdırmaq.

Həvəsləndirmə

Azərbaycan gənclərini pis vərdişlərdən uzaq durması məqsədilə təhsilə, elmə, idmana, incəsənətə və ümumilikdə vətənimiz üçün faydalı olan müxtəlif fəaliyyətlərə cəlb olunması üçün həvəsləndirmək.

İnklüzivlik

Fiziki qüsurlu gəncləri, region gənclərini də kampaniya çərçivəsində işıqlandıraraq ölkədə aparılan gənclər siyasətinin inklüzivliyini təbliğ etmək.

İnnovativlik

Dünyada trend olan və ən çox maraqla qarşılanılan kampaniyaların ölkəmizdə də gerçəkləşməsinə təkan vermək.