Tarixi həkimlərimizi tanıyaq!

Dünyanı cənginə alan koronavirus pandemiyası zamanı səhiyyə işçilərinin vacib rolu bir daha öz sübutunu tapdı. İnsanlar üçün gecə-gündüz çalışan, həyatlarını təhlükəyə atan həkimlərimizə minnətdarlıq bildirmək məqsədi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)-nın təşkilatçılığı ilə 10 avqust 2020-ci il tarixində “Həkimlərimiz” onlayn kampaniyasına start verilmişdir. Kampaniyanın məqsədi pandemiya dövründə sağlamlıqlarını risk altına ataraq koronavirusun yayılmasına qarşı fədakarcasına mübarizə aparan, iş fəaliyyəti ilə əlaqədar ailələrindən kənar qalan tibb işçilərinə birlik göstərərək, özümüzü qoruyaraq dəstək olmaqdır. Kampaniya ərzində insanlar #Bizbirlikdəgüclüyük həştəqləri ilə paylaşımlar edərək tibb işçilərinə öz təşəkkürlərini bildirmişlər. Kampaniyanın davamı olaraq isə “Tarixi həkimlərimizi tanıyaq” süarı ilə Azərbaycanın məşhur və tanınmış həkimləri haqqında məlumatlandırıcı posterlər paylaşılaraq tarixi həkimlərimiz tanıdılmışdır.