#BeVoiceOfKarabakh Kampaniyası

4 Dekabr 2020

#BeVoiceOfKarabakh Kampaniyası

-  #BeVoiceOfKarabakh aksiyası keçirilir.
-  “Odlar Yurdu” Gənclər İB yeni aksiyaya başlayıb
-  Gənclər informasiya müharibəsində fəal iştirak edir

27 sentyabr 2020 – ci il tarixindən qızğın döyüşlərin davam etdiyi bütün həftələr ərzində Ermənistan tərəfi vicdansızcasına yalan xəbərlər tirajlamaqdadır. 7 oktyabr 2020-ci il tarixindən etibarən “Odlar Yurdu” Gənclər İctimai Birliyi də ölkədə erməni yalanına qarşı, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində başladılan informasiya müharibəsində aktiv iştirak edir. Beləki, birlik #BeVoiceOfKarabakh adlı aksiya başladıb.

 

"Odlar Yurdu" Gənclər İctimai Birliyinin sosial şəbəkələrdə mövcud olan rəsmi hesabları vasitəsilə 27 sentyabr - 4 dekabr tarixlərində vətənpərvərlik istiqamətində görülmüş tədbirlərin statistik göstəriciləri.
Sosial şəbəkələr Ümumi post sayı Bəyənmə Çatma Rəy Paylaşım stories
Facebook 157 12961 52371 437 388 132
Instagram 140 3037 12310 179 209 128
Twetter 1974 3300   0 1227  

 

Bundan başqa “BeVoiceOfKarabakh” video materialı da hazırlanıb. Ölkənin ictimai,siyasi və incəsənət xadimlərinin, o cümlədən dövlət qurumlarını təmsil edən şəxslərin iştirakı ilə 27 sentyabr-17 oktyabr 2020 tarixlərində Ermənistan Silahlı Qüvvələri tərəfindən mülki
şəxslərə qarşı törədilmiş cinayət faktları bir daha diqqətə çatdırılıb. Aksiya çərçivəsində həmçinin Ermənistanın Gəncədə törətdiyi müharibə cinayəti haqqında məqalə hazırlanmış, 46 ölkədən 200-ə yaxın xarici mətbuat orqanlarına göndərilmişdir. Ermənistanın həyata keçirdiyi müharibə cinayəti nəticəsində həlak olmuş uşaqlara diqqət çəkmək məqsədi ilə isə 120 beynəlxalq təşkilata bəyanat göndərilmişdir. 

#BeVoiceOfKarabakh layihəsi çərçivəsində gənclərin sosial şəbəkələrdə fəal iştiraka dəvətini təmin etmək məqsədi ilə 7000-dən çox şəxsə e-mail göndərilib və onlar aksiyada fəal iştiraka dəvət olunublar.