#Evdəqal , CANLI DEBATın izləyicisi ol!

13 Aprel 2020

#Evdəqal , CANLI DEBATın izləyicisi ol!

Son müraciət tarixi: 14 Aprel 2020

MÜRACİƏT ET

#Evdəqal , CANLI DEBATın izləyicisi ol!

 

Son zamanların ən aktual mövzusu koronavirus pandemiyasıdır. Bu səbəblə isə #evdəqal aksiyasını dəstəkləyir və vaxtımızın böyük bir hissəsini evdə qalaraq keçiririk.
Bəs sizcə, "Koronavirusun yayılma risklərinin azaldılması dövlət, yoxsa fərddən asılıdır?"
Natiqlərimiz deyirlər ki, məkan, zaman və şəraitdən asılı olmayaraq, hər zaman debat keçirmək mümkündür.

 

Natiqlər kimdir? Nə zaman olacaq? Necə izləyə bilərik?
Bu sualların cavablarını sizinlə bölüşürük!


“Vətəndaş Cəmiyyətində Debat” İB-nin Milli Debat Proqramının təşkilatçılığı ilə "Koronavirusun yayılma risklərinin azaldılması dövlət, yoxsa fərddən asılıdır?" mövzusundakı canlı debat 14 aprel 2020-ci il, saat 17:00-da "ZOOM" platforması üzərindən baş tutacaq.

Natiqlərimiz isə öz mövqelərinə uyğun olaraq hazırlıqlarını davam etdirir və canlı debat üçün gün sayırlar!

  • Mövzu: "Koronavirusun yayılma risklərinin azaldılması dövlət, yoxsa fərddən asılıdır?"
    Dövlət mövqeyində: Azərbaycan Dövlət
    İqtisad Universiteti tələbəsi Nərmin Bayramova
    Fərd mövqeyində: Azərbaycan Tibb Universiteti, ATU - AMU tələbəsi Yunis Məmmədli
  • Məqsəd: İzləyiciləri koronavirus mövzusu barədə məlumatlandırmaq, müxtəlif mövqeləri təqdim etmək, dövlət və fərdin rollarını müəyyən etməkdir.
  • Tarix: 14.04.2020, saat 17:00
  • İzləmək üçün:
    - Link:
    www.live.dvc.az
    - ID: 614 264 0040
    - Kod: 857891
  • Yayıma qoşulmaq üçün “Zoom” proqramını komputer və ya telefonunuza yükləməlisiniz.
  • “Zoom” platforması üzərindən eyni anda qoşulan 100 nəfər izləmək imkanı əldə edəcək.
  • Eyni zamanda facebookda "DVC" (@dvcpu) səhifəsindən canlı şəkildə yayımlanacaq.

#azdebate #dvc #dvc20 #onlaynol #beonline #canlıdebat #bizbirlikdəgüclüyük