“5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının Yaradılması” layihəsi - Xəzər rayon Məşvərət Şurasını üzvləri üçün təlimlər keçirilib
13 Aprel 2022

9-10 aprel tarixlərində “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının Yaradılması” layihəsi çərçivəsində Xəzər rayon Məşvərət Şurasının üzvləri üçün 2 gün ərzində təlim keçdik.
Təlimlər “Komanda quruculuğu”, “Layihələrin yazılması və idarəedilməsi”, “Təqdimat bacarıqları”, “Sorğu və tədqiqat” mövzuları üzrə keçirildi.
Qeyd edək ki, layihə Avropa İttifaqının dəstəyi, UNİCEF Azərbaycan texniki dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı və NAYORA-nın təşkilatçılığı ilə həyata keçirilir.
Ev sahibliyi üçün Xəzər Gənclər Evinə təşəkkürümüzü bildiririk.