“5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi çərçivəsində Şura sədrləri ilə növbəti onlayn görüş keçirildi
18 Dekabr 2020

“5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi çərçivəsində Şura sədrləri ilə növbəti onlayn görüş keçirildi.
Görüşün əsas məqsədi Şuraların yeni fəaliyyət istiqamətlərinin müzakirəsi olmuşdur.
Qeyd edək ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin,
UNICEF Azərbaycan texniki dəstəyi və
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin
Biləsuvar,
Bakı şəhəri Xəzər rayon,
Şəmkir,
Tovuz,
Qazax rayon İcra Hakimiyyətləri yanındakı üzvləri böyük ruh yüksəkliyi ilə fəliyyətlərinə davam edirlər.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
Delegation of the European Union to Azerbaijan
#MysGovAz #EU #UNICEF #NAYORA #YouthParticipation #YouthInclusion