“ATAM MƏNİ SEVİR – Məsuliyyətli Atalığın Əhəmiyyətinin Aşılanması” layihəsinin infoqrafik təsvirini sizlərə təqdim edirik.
17 May 2021

“ATAM MƏNİ SEVİR – Məsuliyyətli Atalığın Əhəmiyyətinin Aşılanması” layihəsinin infoqrafik təsvirini sizlərə təqdim edirik.
Layihə çərçivəsində Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə 5 şəhər və rayonda gənc atalar üçün “Məsulliyyətli Atalığın Əhəmiyyətinin Aşılanması” mövzusunda seminarlar keçirilmişdir.
Seminarlarda iştirak edən gənc atalar gender stereotipləri və sosial normalar, qız və oğlan uşaqlarının fiziki və psixoloji inkişafı, patriarxal norma və inanclar çərçivəsində məsuliyyətli atalıq, ailədəki ata və ananın davranışları və onların uşaqlara təsiri və ailədəki münasibətlərdə cinsi ayrı-seçkiliyin mənfi təsiri kimi mövzularda məlumatlandırılaraq müzakirələrdə iştirak ediblər.
Qeyd edək ki, "ATAM MƏNİ SEVİR – Məsuliyyətli Atalığın Əhəmiyyətinin Aşılanması" layihəsi Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi “EU4GenderEquality: Birlikdə gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı" proqramı çərçivəsində NAYORA tərəfindən təşkil edilmişdir.
#EU4GenderEquality #MyFatherLovesMe #AtamMəniSevir #ResponsibleFatherhood