“Avropa Gəncləri Sülh Naminə” adlı Beynəlxalq Gənclər Forumu həyata keçirildi

9 Noyabr 2021

“Avropa Gəncləri Sülh Naminə” adlı Beynəlxalq Gənclər Forumu həyata keçirildi

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə tarixi qələbəmiz - 8 noyabr Zəfər Günü münasibətilə ölkəmizin ədalətli mövqeyinin beynəlxalq arenada təbliği məqsədilə “Avropa Gəncləri Sülh Naminə” adlı Beynəlxalq Gənclər Forumu həyata keçirildi.

5-9 noyabr tarixlərini əhatə edən formun əsas müzakirə mövzusu Avropada sülh və təhlükəsizliyin möhkəmləndirilməsində gənclər təşkilatlarının rolu olmuşdur.

Məlumat üçün bildirək ki, forumda Avropanın 21 ölkəsini təmsil edən nüfuzlu gənclər təşkilatlarının 30-dan çox rəhbəri, gənc liderlər, fəal gənc ekspertlər və ölkəmizin aparıcı gənclər və könüllülər təşkilatlarının rəhbərləri, millət vəkilləri və hökumət nümayəndələri iştirak etdilər.