“Beyin Mərkəzləri” Komitələrinin sədr və müavinləri ilə görüş baş tutdu

4 Noyabr 2021

“Beyin Mərkəzləri” Komitələrinin sədr və müavinləri ilə görüş baş tutdu

4 noyabr 2021-ci il tarixində Gənclər Təşkilatlarının Resurs Mərkəzində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Ramin Həbibzadənin NAYORA-nın dəstəyi ilə yeni yaradılmış “Beyin Mərkəzləri” Komitələrinin sədr və müavinləri ilə görüşü baş tutdu.

Görüş zamanı Komitələrin gələcək hədəfləri və faəliyyətləri müzakirə olunmuş, həmçinin Komitə nümayəndələri tərəfindən hazırlanmış təqdimatlar nümayiş etdirilmişdir.

Məlumat üçün bildirək ki, yeni yaradılmış “Beyin Mərkəzləri” ümumilikdə 10 istiqaməti əhatə edəcək komitələr olaraq fəaliyyət göstərəcəklər.

1. Diplomatiya və Beynəlxalq münasibətlərin araşdırılması komitəsi
2. İnformasiya texnologiyaları ilə iş komitəsi
3. Vətənpərvərlik komitəsi
4. Xarici dillərin öyrənilməsi komitəsi
5. Ekosistemin inkişafına dəstək komitəsi
6. Hüquq komitəsi
7. Kreativ və innovativ fəaliyyətlərin təşkili komitəsi
8. Özünüinkişaf və asudə vaxtın təşkili komitəsi
9. Psixologiya, sağlamlıq və idman komitəsi
10. Startaplar və KSM ilə iş komitəsi