“COVİD-19” pandemiyası: qazandıqlarımız və itirdiklərimiz" mövzusunda #İctimaiDebat"a qoşulun!
14 Avqust 2020

Son müraciət tarixi: 17 Avqust 2020
“COVİD-19” pandemiyası: qazandıqlarımız və itirdiklərimiz" mövzusunda #İctimaiDebat
Koronavirus həyatımıza necə dəyişiklik gətirdi?
Koronavirus pandemiyasının həyatımızın bütün mərhələlərinə təsir etdiyini desək, yanılmarıq.“COVİD-19” pandemiyasının gündəmimizdə olan ən vacib məsələlərdən biri olduğunu nəzərə alaraq, pandemiya haqqında daha geniş fikirlərin formalaşması, gənclərin bu prosesi düzgün təhlil və analiz etməsinin əhəmiyyətinin fərqli mövqelərdən müzakirəsinin təmin edilməsi məqsədilə “İctimai Debat” keçiriləcək.
Sizi aktual və vacib mövzunun tərkib hissəsi olmağa, sizdə necə dəyişikliklərin formalaşdığını bildirmək üçün İctimai Debatda iştirak etməyə dəvət edirik!
İctimai Debat Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ), “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Milli Debat Proqramının təşkilati dəstəyi ilə 17 avqust 2020-ci il tarixində saat 18:00-da onlayn formatda ZOOM tətbiqi üzərindən keçiriləcəkdir.
Qeydiyyat üçün link: https://forms.gle/vcKGE5LPy2DSqoZ29
Gəlin İctimai Debatın spikerlərini yaxından tanıyaq:
Zibeydə İbrahimova – Azərbaycan Dillər Universitetində bakalavr təhsili alıb. Milli Debat Proqramının “B” kateqoriyalı hakimi və təlimçisidir. Hazırda “Kaspi Təhsil Şirkətində Marketinq və İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifəsində çalışır.
Vüqar Mikayıllı - Azərbaycan Dillər Universitetində bakalavr təhsili alıb. Hazırda Biləsuvar Debat Mərkəzinin koordinatoru, Biləsuvar rayon İcra Hakimiyyəti yanında Gənclərin Məşvərət Şurasının üzvüdür.
#NAYORA #DVC #DVC20 #AzDebate #ATGTI #Gənclər #bizbirlikdəgüclüyük