“DAN Beynəlmiləlçi Gənclər” İctimai Birliyinin fəaliyyətinin 19 ili tamam olur
17 Fevral 2021

Bu gün NAYORA-ya üzv təşkilat “DAN Beynəlmiləlçi Gənclər” İctimai Birliyinin fəaliyyətinin 19 ili tamam olur.
Bu münasibətlə onları təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik.
“Dan” BGİB 2002-ci ildə 17 fevral tarixində təsis edilmişdir. 18 il ərzində Azərbaycanda 6 uşaq evi və 10 internat məktəbi, uşaq sığınacaqlarında yaşayan və tərbiyə alan, reabilitasiya mərkəzlərində xidmət alan uşaq, yeniyetmə və gənclər, onların valideynləri və tərbiyəçiləri ilə müxtəlif yönümlü iş aparır. Təşkilatın üzvləri olan ali məktəblərin müəllimləri, psixoloqlar, hüquqşünaslar, sosioloqlar və sosial işçilər maarifləndirmə, sosial iş, hüquqi yardım, psixoloji, maddi və mənəvi dəstək istiqamətində geniş fəaliyyət göstərirlər. Bu zaman ərzində “Dan” BGİB əsas fəaliyyət istiqamətində Azərbaycan Respublikasında “Dövlət Müəssisələrindən Uşaqların Ailələrə Verilməsi və Alternativ Qayğı”, “İnklüziv Təhsil” və “Gənclərin İnkişafı“ Dövlət Proqramları çərçivəsində 100-dən çox layihə və tədbirlər keçirmişdir. Birlik öz fəaliyyətində dövlət təşkilatları yerli və beynəlxalq fondlar və biznes strukturların dəstəyinə əsaslanaraq müxtəlif layıhələri həyata keçirir.