“Erməni vəhşiliklərinin ifşası” layihəsi uğurla yekunlaşdı
18 Yanvar 2022

Məlumat üçün Sizə bildiririk ki, Gənc Beynəlxalq Hüquqşünaslar İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Erməni vəhşiliklərinin ifşası” adlı layihəni icra edir. (15.10.2021- 15.01.2022) Layihənin əsas məqsədi ermənilərin törətdiyi vəhşilikləri faktlar əsasında bütün dünyanın diqqətinə çatdırmaq, erməni faşizminin nə qədər qorxunc, nə qədər anti-insani mahiyyət daşıdığına bütün bəşəriyyəti inandırmaqdır. Bu məqsədlə azad edilmiş torpaqlarımızda erməni faşistlərinin dağıntılara məruz qoyduğu tarixi, mədəni, dini abidələrin bir qisminin fotolarının beş dildə əvvəl və sonrakı hallarının əks etdirildiyi kitab hazırlanıb, çap edilib. 1. Layihənin ilk təqdimatı Bakı şəhərində 13 dekabr saat 14:00 tarixində Azərbaycan Dillər Universitetinin əsas binasında baş tutub. Qeyd edək ki, layihənin təqdimat mərasimində gənclərlə yanaşı Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Tamam Cəfərova, Naqif Həmzəyev, Müşfiq Cəfərli, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tərkibində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin İnnovativ inkişaf və təbligat metodisti İsmayıl Nəsirov, həmçinin, Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və bir sıra QHT-lərin nümayəndələri iştirak edib. Xatırladaq ki, bu layihənin əsas məqsədi ermənilərin törətdiyi vəhşilikləri faktlar əsasında bütün dünyanın diqqətinə çatdırmaq, erməni faşizminin nə qədər qorxunc, nə qədər anti-insani mahiyyət daşıdığına bütün bəşəriyyəti inandırmaqdır. Təqdimatın sonunda “Erməni vəhşiliklərinin ifşası” adlı kitab qonaqlara paylanmış, tədbir iştirakçıları üçün çay süfrəsi hazırlanmışdır. 2. Layihənin ikinci təqdimatı Gəncə şəhərində 22 dekabr saat 12:00 tarixində Azərbaycan Dövlət Aqrar Universiteti, 16:00 tarixində isə Gəncə Dövlət Universitetində baş tutub. Qeyd edək ki, layihənin təqdimat mərasimində gənclərlə yanaşı Azərbaycan Dövlət Aqrar Universitetinin Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Üzrə Elmi metodiki mərkəz İnnovativ inkişaf və təbliğat metodisti İsmayıl Nəsirov, DAVAM Gənclər Hərəkatının baş katibi Nigar Aslanova, Azərbaycan Dillər Universitetinin Tələbələrlə İş və Tədbirlərin Təşkili şöbəsinin mütəxəssisi Şahverən Babayev iştirak edib. Aidə Qasımova və Nigar Aslanova layihə haqqında öz təəsüratlarını gənclərlə bölüşüblər. Xatırladaq ki, bu layihənin əsas məqsədi ermənilərin törətdiyi vəhşilikləri faktlar əsasında bütün dünyanın diqqətinə çatdırmaq, erməni faşizminin nə qədər qorxunc, nə qədər anti-insani mahiyyət daşıdığına bütün bəşəriyyəti inandırmaqdır. Təqdimatın sonunda “Erməni vəhşiliklərinin ifşası” adlı kitab qonaqlara paylanmış, tədbir iştirakçıları üçün çay süfrəsi hazırlanmışdır. 3. 11.02.2022 tarixində layihənin sonuncu təqdimatı Şamaxı Dövlət Regional kollecində baş tutmuşdur. Layihənin təqdimat mərasimində gənclərlə yanaşı Şamaxı Dövlət Regional kollecinin direktoru İlham Vəliyev və Şamaxı Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov da iştirak edərək layihə haqqında öz təəsüratlarını bölüşüblər. Xatırladaq ki, bu layihənin əsas məqsədi ermənilərin törətdiyi vəhşilikləri faktlar əsasında bütün dünyanın diqqətinə çatdırmaq, erməni faşizminin nə qədər qorxunc, nə qədər anti-insani mahiyyət daşıdığına bütün bəşəriyyəti inandırmaqdır. Təqdimatın sonunda “Erməni vəhşiliklərinin ifşası” adlı kitab qonaqlara paylanmış, tədbir iştirakçıları üçün çay süfrəsi hazırlanmışdır.