“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi gənclər üçün vətənpərvərlik istiqamətində layihəyə start verir.
23 Yanvar 2021

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi yeniyetmə və gənclər arasında vətənpərvərlik, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə hörməti təbliğ edən sosial-video çarx hazırlayır. Layihənin məqsədi hazırlanacaq sosial video-çarx vasitəsilə yeniyetmə və gənclər arasında vətənpərvərlik anlayışının düzgün qavranılması, vətəndaşlara Azərbaycan xalqının tarixini, mədəni irsini, adət-ənənələrini, dövlət dilini və rəmzlərini, o cümlədən milli-mənəvi dəyərlərini təbliğ etməkdir. Sosial video-çarx əsas hədəf qrupu kimi yeniyetmə və gənclərə vətənə olan sevginin daxilən və təbii olaraq insanın ruhunda ehtiva olunmasında, insaların fəaliyyət və gündəlik davranışlarında, qoca və imtiyazlı insanlara hörmət və ehtiramda, ətraf mühitin təmiz saxlanılması və qorunmasında, tariximizin öyrənilməsi və yaddaşa həkk olunmasında olduğunu onlara çatdırmaq və ideyaoloji təbliğat məqsədi daşıyır.