“Gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması konfransı” layihəsi

10 Noyabr 2019

“Gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması konfransı” layihəsi

Son müraciət tarixi: 10 Noyabr 2019

20-22 dekabr 2019-cu il tarixində Şamaxı şəhərində yerləşən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Təlim Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə ARGTMŞ-ya üzv olan və üzv olmayan gənclər təşkilatlarının iştirakı əsasında "Gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması" konfransı keçiriləcək.

Layihənin məqsədi NAYORA-ya üzv olan və üzv olmayan gənclər təşkilatları arasında şəbəkənin genişləndirilməsi, təşkilatlar arasında qarşılıqlı əməkdaşlığın, əlaqə şəbəkəsinin inkişaf etdirilməsi və gənclər təşkilatlarının yerli və beynəlxalq donorlarla əməkdaşlığının möhkəmləndirilməsi və layihələrə düzgün müraciət bacarıqlarının inkişaf etdirilməsidir.

 Konfransda gənclər təşkilatları nümayəndələri üçün keçiriləcək olan "Yerli və beynəlxalq layihələrin yazılması" təlimlərində təşkilat nümayəndələrinin layihə yazılması bacarıqlarının inkişaf etdirilməsi, 2020-ci ilə daha effektiv və daha konkret hədəflərin qoyuluşu nəticə olaraq gözlənilir.

Ümumilikdə 3 günlük konfrans və 110 gənclər təşkilatı nümayəndəsinin iştirakı hədəfə alınmışdır.

Konfransda iştirak edəcək iştirakçılar Bakıda və ölkəmizin regionlarında fəaliyyət göstərən 18-35 yaş arası olan ARGTMŞ-ya üzv olan və üzv olmayan təşkilatlarının sədrləri, idarə heyətinin üzvləri və nümayəndələri olacaq.

Qeydiyyat üçün link: https://bit.ly/2KHfI1f

#AzGF #GenclerFondu #NAYORA #HədəfimİZ #FəaliyyətimİZ #NəticəmİZ