“Gənclərin Beynəlxalq Əməkdaşlıq Forumu 2021” baş tutmuşdur.

8 May 2021

“Gənclərin Beynəlxalq Əməkdaşlıq Forumu 2021” baş tutmuşdur.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Gənclərin Beynəlxalq Əməkdaşlıq Forumu 2021” baş tutmuşdur.

Forumun əsas məqsədi yerli və xarici gənclər təşkilatları arasında əməkdaşlığı gücləndirmək, gənclər arasında mədəniyyətlərarası dialoqa təkan vermək və gələcək birgə fəaliyyət istiqamətlərini müəyyən etmək idi.

Qeyd edək ki, beynəlxalq forum Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilib.


#NAYORA #GənclərTəşkilatları #Birlikdə