“Gənclərin könüllülük imkanları: milli ənənələr və beynəlxalq təcrübə” adlı layihə çərçivəsində I onlayn panel müzakirəsi təşkil olunub
27 Noyabr 2020

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) tərəfindən icra olunan “Gənclərin könüllülük imkanları: milli ənənələr və beynəlxalq təcrübə” adlı layihə çərçivəsində I onlayn panel müzakirəsi təşkil olunub.
Cari ilin sentyabrın 23-də keçirilən Beynəlxalq Gənclər Forumunun plenar açılışından sonra proqrama uyğun təşkil olunan ilk virtual tədbir “Könüllülük hərəkatı və mədəniyyətinin formalaşması: beynəlxalq təcrübə” adlanan panelə 10 ölkədən 60 gənc lider qatılıb.
Türkiyədən olan Erasmus layihələr koordinatoru Erdem Gulerin moderatorluğu ilə baş tutan onlayn tədbirdə Çex Respublikası, Rusiya, Sloveniya, Ukrayna, Rumıniya və Azərbaycandan olan gənc liderlər mövzu ətrafında təqdimatlarla çıxış etdilər.