“Gənclərlə iş, iştirakçılıq və fürsətlər” mövzusunda təlimdə iştirak etdi.
24 May 2021

NAYORA və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə Mingəçevir, Ağstafa, Tovuz və Ağdaş şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərinin əməkdaşları “Gənclərlə iş, iştirakçılıq və fürsətlər” mövzusunda təlimdə iştirak etdi.
NAYORA-nın Beynəlxalq Əlaqələr və Layihələr üzrə katibi Roman Qocayev tərəfindən keçirilən təlim zamanı regionlarda fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri qruplar şəklində mövzu ətrafında müzakirələr aparıblar.