“Güclü Atalar, Güclü Qızlar" - Mingəçevir təlimi
15 Noyabr 2021

Son müraciət tarixi: 21 Noyabr 2021
“Güclü Atalar, Güclü Qızlar - Qız övladlarının dəyərinin təşviqi və qızların səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində Mingəçevir şəhərində təlimlərə start verilir.
Layihənin əsas məqsədi Azərbaycanda oğul övladlara üstünlük verilməsinin yaxın gələcəkdə yaradacağı fəsadlar barədə məlumatlılığı artırmaq, qız övladlarının dəyərinin aşılanması və qızların səlahiyyətləndirilməsinin təbliğindən ibarətdir.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində 2 şəhərdə hər biri 2 gün olmaqla 30 gənc ata ilə birlikdə ümumilikdə 2 təlim keçiriləcək.
Təlimlər çərçivəsində interaktiv müzakirələr, təqdimatlar və qrup işləri vasitəsilə gənc atalar və ata olmağı planlayan gənclər gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələr barədə məlumatlandırılacaq, həmçinin qız övladlarının sağlam şəxsiyyət və uğurlu vətəndaş kimi formalaşması və səlahiyyətləndirilməsi üçün ataların üzərinə düşən məsuliyyət və öhdəliklər vurğulanacaq.
19-29 yaş aralığındakı gənc atalar və növbəti 2 il ərzində ata olmağı planlayan şəxslər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: