“Həssas qrupdan olan gənclərin inklüzivliyi və inteqrasiyası naminə gənclər sektorunda fəaliyyət göstərən şəxslərin potensialının artırılması” layihəsi

6 Yanvar 2020

“Həssas qrupdan olan gənclərin inklüzivliyi və inteqrasiyası naminə gənclər sektorunda fəaliyyət göstərən şəxslərin potensialının artırılması” layihəsi

Son müraciət tarixi: 6 Yanvar 2020

Həssas qrupdan olan gənclərlə işləyən 20-35 yaş arası gənc mütəxəssislərin nəzərinə⬇️

2020-ci ilin fevral ayında Vişeqrad+ Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Həssas qrupdan olan gənclərin inklüzivliyi və inteqrasiyası naminə gənclər sektorunda fəaliyyət göstərən şəxslərin potensialının artırılması” layihəsi həyata keçiriləcək. Layihə Gürcüstanda 2 günlük təlim kursu, Polşada və Çexiyada 1 günlük məlumat sessiyasından ibarət olacaq.

Layihənin məqsədi Azərbaycan, Gürcüstan, Polşa, Çexiya və Macarıstanda həssas qruplarla işləmək üzrə təcrübəsi olan psixoloqları, QHT nümayəndələrini, gənclər sahəsində fəaliyyət göstərən mütəxəssisləri və bu sahədə bacarıqlarını inkişaf etdirmək istəyən gəncləri bir araya gətirməkdir.

Layihənin əsas hədəfləri həssas qruplarla işləyən gənc işçilərin bilik və bacarıqlarını artırmaq, V4 ölkələrinin (Çexiya Respublikası, Macarıstan, Polşa, Slovakiya) təcrübəsini yerli səviyyəyə inteqrasiya etmək, Gənclər sektorunda V4 ölkələri (Çexiya Respublikası, Macarıstan, Polşa, Slovakiya) və Qafqaz ölkələri ilə gələcək tərəfdaşlıq imkanlarını genişləndirməkdir.

Layihə 3 mərhələdən ibarət olacaq:

1. Gürcüstanda 2 günlük təlim kursu;

2. Təlim kursunun ardınca Çexiyada məlumat sessiyası;

3. Çexiyada keçirilən səfərin ardınca Polşada məlumat sessiyası.

Layihənin əsas hədəf qrupuna gənclər sahəsində fəaliyyət göstərən mütəxəssislər, gənc psixoloqlar, həssas qruplarla işləyən QHT nümayəndələri, həssas qruplarla işləyən təlimçilər daxildir.

Layihə, ümumilikdə 5 ölkədən olan 10 gənci əhatə edəcək. Bu iştirakçılar aktiv fəaliyyətlərinə və həssas qruplarla işləmə bacarıqlarına əsasən onlayn qeydiyyat forması və müsahibə mərhələsi ilə seçiləcəkdir.

Layihədə iştirak etmək istəyən gənclər aşağıda qeyd olunan qeydiyyat formasını doldurmaqla 13 Yanvar 2020-ci il saat 18:00-a qədər qeydiyyatdan keçə bilərlər. Seçilmiş iştirakçılara nəticələrlə bağlı məlumat veriləcək.

Qeyd 1: Seçiləcək iştirakçıların yaşayış, qidalanma və nəqliyyat xərcləri Vişeqrad+ Fondu  tərəfindən təmin ediləcək.

Qeyd 2: Yalnız ərizə forması mərhələsindən uğurla keçmiş iştirakçılarla əlaqə saxlanılacaq.