“Könüllülük və Həmrəylik şəhərin sosial paytaxtı kimi” konfransına sən də qoşul!
10 Aprel 2021

Son müraciət tarixi: 16 Aprel 2021
“Könüllülük və Həmrəylik şəhərin sosial paytaxtı kimi” konfransı bələdiyyələrin və təşkilat nümayəndələrinin könüllülük və həmrəylik layihələrini, həmrəyliyi dəstəkləyən vasitə kimi tanıtmaq üçün bir araya gətirəcəkdir. Fəaliyyət 4 sessiyadan ibarət olub, 2,5-3 saat onlayn həyata keçiriləcəkdir.
Məqsədlər:
Həmrəyliyi və sosial uyğunluğu dəstəkləmək üçün şəhərləri sektorlararası əməkdaşlığa təşviq etmək;
Həmrəyliyi dəstəkləyən və sosial birliyi artıran sektorlararası layihələri nümayiş etdirmək və uğurlu təcrübələrdən öyrənmək üçün yer təmin etmək;
Könüllülük və həmrəylik fəaliyyətinin dəstəklənməsi üçün şəhərlərin yanaşma elementlərini müəyyənləşdirmək;
Avropa Həmrəylik Korpusu proqramının bütün fəaliyyətlərini və mümkün dəstəyini təqdim etmək;
İştirak edən təşkilatlar və şəhərlər arasında gələcək layihələr, digər əməkdaşlıq və şəbəkə formaları üçün tərəfdaşlıq qurmaq;
İştirakçılar üçün tələblər: Konfransa qatılmaq üçün 3 üzvdən ( bələdiyyə nümayəndəsi, yerli könüllü təşkilatların nümayəndəsi və korporativ sosial məsuliyyət ilə məşğul olan şəhər və qəsəbələrin nümayəndə heyətləri.