“Məsuliyyətli atalığın qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılmasında rolu” mövzusunda onlayn ictimai müzakirə keçiriləcək

2 Dekabr 2020

“Məsuliyyətli atalığın qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılmasında rolu” mövzusunda onlayn ictimai müzakirə keçiriləcək

Son müraciət tarixi: 4 Dekabr 2020

 

“Məsuliyyətli atalığın qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılmasında rolu” mövzusunda onlayn ictimai müzakirə keçiriləcək.

Yer kürəsində hər gün minlərlə qadın və qız müxtəlif zorakılıq hallarının qurbanı olurlar. Bu il bu rəqəm ekstrim həddə çatdı. Karonavirus pandemiyası səbəbilə qadın və qızlara qarşı şiddət, xüsusən də sosial-iqtisadi vəziyyəti aşağı olan ailələrdə demək olar ki, pandemiya nisbətinə çatdı. Qlobal olaraq, son bir ildə 243 milyon qadın və qız ya həyat yoldaşı, ya partnyoru ya da ailə üzvləri tərəfindən şiddətə məruz qalır. Azərbaycanda bu rəqəmin 200-ü yalnız öldürülən qadınların payına düşür.

Belə kampaniyalardan biri də “Qadınlara Qarşı Zorakılıq Əleyhinə 16 Günlük Fəallıq Kampaniyası”-dır.  Kampaniya dünyanın diqqətini qadın və uşaqlara qarşı dəhşətli zorakılığa, insan alverinin bütün formalarına, o cümlədən uşaq evliliyi və məcburi evliliyə, məişət zorakılığına yönəltmək məqsədi daşıyır.

İctimai müzakirə Avropa İttifaqı maliyyə dəstəyi, UNFPA Azərbaycan ofisinin texniki dəstəyi ilə həyata keçirilən “ATAM MƏNİ SEVİR – Məsuliyyətli Atalıq konsepsiyasının əhəmiyyətinin aşılanması” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi ataların gender bərabərsizliyi məsələsində rolunu stimullaşdırmaqdır. Gənc ataların məsuliyyətli atalıq konsepsiyasında gender stereotipləri və sosial normalar haqqında məlumatlılığını artırmaq məqsədi ilə layihə çərçivəsində “Məsuliyyətli atalığın qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılmasında rolu” müzakirəsi baş tutacaq.

Spikerlər:

İlkin Əliyev, İcma inkişafı mütəxəssisi, 

Oktay Namazov, “Elephants Group”-nun qurucusu, rejisor TBC, 

Əliyar Hüseynov, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə marketinq direktoru, P&G Azərbaycan,

Rüstəm Rüstəmli, bloger.

 

 Bütün gənc valideynlər müzakirəyə qoşulmağa dəvətlidir!
 

Mövzu: “Məsuliyyətli atalığın qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılmasında rolu”
Tarix: 04 dekabr 19:30

Qeyd: Tədbir ZOOM rəqəmsal konfrans vasitəsi ilə onlayn və Facebook
üzərindən canlı şəkildə yayımlanacaqdır

Qeydiyyat linki: https://cutt.ly/2hzdvpD 

Qeydiyyat üçün son müraciət tarixi: 04 dekabr 18:00