“ÖVLADIM ÜÇÜN" - Gənc ataların fəal və məsuliyyətli atalıq fəaliyyətinə cəlb edilməsi festivalı

10 Noyabr 2021

“ÖVLADIM ÜÇÜN" - Gənc ataların fəal və məsuliyyətli atalıq fəaliyyətinə cəlb edilməsi festivalı

Son müraciət tarixi: 14 Noyabr 2021

MÜRACİƏT ET

“ÖVLADIM ÜÇÜN - Gənc ataların fəal və məsuliyyətli atalıq fəaliyyətinə cəlb edilməsi” layihəsi çərçivəsində ilk festivalımız Bakı şəhərində həyata keçiriləcək. 🤩

Məlumat üçün bildirək ki, festival çərçivəsində ümumilikdə 200 ata və övladın iştirakı ilə açıq səma altında maraqlı tədbirlər, fəaliyyətlər və hədiyyəli oyunların həyata keçirilməsi planlaşdırılmışdır.

Qeyd edək ki, festivalda 21-35 yaş arası və azı 1 övladı olan atalar iştirak edə bilərlər.

Növbəti festivallarımız aşağıdakı qrafik üzrə həyata keçiriləcək:
1. Gəncə şəhəri - 20 noyabr 📌
2. Şirvan şəhəri - 27 noyabr 📌

Festivalla bağlı hər hansı bir sualınız yaranarsa (+994) 77 421 11 32 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. 📢