“ÖVLADIM ÜÇÜN - Gənc ataların fəal və məsuliyyətli atalıq fəaliyyətinə cəlb edilməsi” Bakı
25 Oktyabr 2021

“ÖVLADIM ÜÇÜN - Gənc ataların fəal və məsuliyyətli atalıq fəaliyyətinə cəlb edilməsi” layihəsi çərçivəsində sonuncu təlimimiz Bakı şəhəri Gənclər Təşkilatlarının Resurs Mərkəzində həyata keçirildi.
Məlumat üçün bildirək ki, təlimdə iştirak edən gənc atalar sosial normalar, qız və oğlan uşaqlarının fiziki və psixoloji inkişafı, ailədəki ata və ananın davranışları və onların uşaqlara təsiri, həmçinin ailədaxili münasibətlərdə cinsi ayrı-seçkiliyin mənfi təsiri, uşaqların tərbiyəsində ata və ananın birbaşa rolu kimi mövzularda məlumatlandırılaraq müzakirələrdə iştirak etmiş, sonda isə qruplara bölünərək qeyd edilən mövzular ətrafında hazırladıqları qrup işlərini təqdim etmişlər.
Qeyd edək ki, təlimlər Tofiq Sadıxov tərəfindən həyata keçirilir.