“ÖVLADIM ÜÇÜN - Gənc ataların fəal və məsuliyyətli atalıq fəaliyyətinə cəlb edilməsi”

8 Dekabr 2021

“ÖVLADIM ÜÇÜN - Gənc ataların fəal və məsuliyyətli atalıq fəaliyyətinə cəlb edilməsi”

“ÖVLADIM ÜÇÜN - Gənc ataların fəal və məsuliyyətli atalıq fəaliyyətinə cəlb edilməsi” layihəsi çərçivəsində son festival Şirvan şəhər Heydər Əliyev parkında baş tutdu.

4 dekabr tarixində keçirilmiş festival müxtəlif hədiyyəli oyunlar, şoular, rəqslər, sehrbazlıq səhnəsi, musiqili proqram və bir-birindən maraqlı və əyləncəli yarışlarla yadda qaldı. Festival çərçivəsində atalar öz övladları ilə birlikdə həmin yarışmalarda və uşaqların əylənə biləcəyi müxtəlif oyunlarda iştirak edərək hədiyyələr qazandılar.

Festival Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı" proqramı çərçivəsində baş tutub.

Göstərdikləri dəstək üçün Şirvan şəhər İcra Hakimiyyəti, Şirvan şəhər Təhsil İdarəsi, Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi və Azərbaycan Skautlar Assosiasiyasına dərin təşəkürümüzü bildiririk.