“Pandemiya şəraitində təhsil: yeni imkanlar və çətinliklər” mövzusunda İctimai debata qoşulun!
28 Avqust 2020

Son müraciət tarixi: 31 Avqust 2020
“Pandemiya şəraitində təhsil: yeni imkanlar və çətinliklər”
Pandemiya təhsil sisteminə necə dəyişiklik gətirdi? Hal-hazırda ən aktual olan suallardan biri məhz budur.
Pandemiya bütün dünyada ənənəvi şəraitdən tam fərqli bir situasiya yaradıb.Yeni reallığın ən çox təsir etdiyi sahələrdən biri də heç şübhəsiz təhsil sistemidir. Bəs bu təsirin bizə hansı faydaları və zərərləri olacaq?
Növbəti İctimai Debatımızda sizi bu aktual və vacib mövzunun müzakirəsinə qoşulmağa və pandemiya müddətində təhsil həyatınızda yaranan dəyişikləri bizimlə bölüşməyə dəvət edirik.
İctimai Debat Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ), “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Milli Debat Proqramının təşkilati dəstəyi ilə 31 avqust 2020-ci il tarixində saat 18:00-da onlayn formatda ZOOM tətbiqi üzərindən keçiriləcəkdir.
Qeydiyyat üçün link: https://bit.ly/2Qx8oHP
Gəlin İctimai Debatın spikerlərini yaxından tanıyaq:
Ceyhun Şahbazlı: Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi
Lamiyə Əhmədzadə: Xaricdə Təhsil proqramları üzrə koordinator
#nayora #dvc #dvc20 #azdebate #atgti #gənclər #bizbirlikdəgüclüyük