“ProjectMan” layihəsi davam edir
16 Mart 2022

Üzv təşkilatımız olan Odlar Yurdu İctimai Birliyi ilə birlikdə icra etdiyimiz “ProjectMan” layihəsi davam edir.
Layihə müddətində iştirakçılar “Layihənin mərhələləri”, “Layihələrin icrası zamanı yaranan problemlər”, “Büdcə və icra planının hazırlanması” kimi mövzularda təlimlərdə iştirak ediblər.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının "Gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi" proqramı çərçivəsində həyata keçirilir.