“ProjectMan” layihəsi uğurla yekunlaşdı
19 Mart 2022

Üzv təşkilatımız olan Odlar Yurdu İctimai Birliyi ilə birlikdə icra etdiyimiz “ProjectMan” layihəsi uğurla yekunlaşdı.
Layihə müddətində iştirakçılar “Büdcə və icra planının hazırlanması”, "Layihələr idarə etməsi zamanı “time və task management”, "Menecerin əsas xüsusiyyələtləri", "Layihələrin təqdim olunması " kimi mövzularda təlimlərdə iştirak ediblər.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının "Gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi" proqramı çərçivəsində həyata keçirilib.