“Qanlı yaddaşımızı unutmayaq!” mövzusunda görüş keçirildi

19 Yanvar 2022

“Qanlı yaddaşımızı unutmayaq!” mövzusunda görüş keçirildi

19 yanvar 2022-ci il tarixində Gənclər Təşkilatlarının Resurs Mərkəzində Milli Məclisin deputatı Hikmət Babaoğlunun iştirakı ilə “Qanlı yaddaşımızı unutmayaq!” mövzusunda görüş keçirildi.

Hər bir xalqın özünü dərk etməsində dönüş nöqtəsi yaradan, yaddaşında çox dərin izlər buraxan hadisələr olduğunu qeyd edən Parlament üzvü 1990-ci ilin yanvar hadisələrinin nə qədər faciəli olsa da, xalqımızın iradəsini, öz azadlığı uğrunda mübarizə əzmini qıra bilmədiyini və xalqımız 32 il əvvəl baş verən hadisələri təkcə ağır-acı ilə deyil, həm də qürur və şərəf günü kimi xatırladığını vurğuladı.

Qeyd edək ki, sonda Hikmət Babaoğlu yönəldilən sualları cavablandırmışdır.