“Sosial şəbəkələrin insan ünsiyyətinə mənfi və müsbət təsirləri” mövzusunda ictimai debat keçiriləcək

5 Sentyabr 2020

“Sosial şəbəkələrin insan ünsiyyətinə mənfi və müsbət təsirləri” mövzusunda ictimai debat keçiriləcək

Son müraciət tarixi: 9 Sentyabr 2020

Texnologiyanın inkişafı sosial medianın bir qolu olan sosial şəbəkələrin həyatımıza yol tapmasına gətirib çıxarmışdır. Sosial şəbəkələr artıq həyatımızın ayrılmaz bir parçasına çevrilib desək, yanılmarıq.  

 

Müasir dövrdə sosial şəbəkələrdən düzgün istifadənin təbliği çox mühüm əhəmiyyətə malikdir və məqsədlə “İctimai Debat” keçiriləcək.

 

Sizi aktual və vacib mövzunun tərkib hissəsi olmağa, sizin sosial şəbəkələrdən hansı məqsəd ilə istifadə etdiyinizi bildirmək üçün İctimai Debatda iştirak etməyə dəvət edirik!

 

İctimai Debat Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ), “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Milli Debat Proqramının təşkilati dəstəyi ilə 9 sentyabr 2020-ci il tarixində saat 18:00-da onlayn formatda ZOOM tətbiqi üzərindən keçiriləcəkdir.

 

Qeydiyyat üçün link: https://bit.ly/3h01HsJ

Qeydiyyat üçün son tarix: 09.09.2020-ci il, saat 17:00


 

Gəlin İctimai Debatın spikerlərini yaxından tanıyaq:

 

İsmayıl Səlimov UNEC-də bakalavr təhsili alıb, hazırda Macarıstanda Sopron Universitetinin magistr dərəcəsi üzrə təhsil alır. “UNINTURKEY” şirkətində art və kreativ direktor vəzifəsində çalışır.

 

Elman Xanəliyev UNEC-də bakalavr pilləsi üzrə 4-cü kurs tələbəsidir. “Code Academy”də “Digital Marketinq” tədris proqramı üzrə təhsil alıb, “Digital Youth Hub” və bir çox sosial media ilə bağlə layihələrin iştirakçısı olub, hazırda sosial media marketinqi üzrə meneceri kimi çalışır.


 

#nayora #dvc #dvc20 #azdebate #atgti #gənclər #bizbirlikdəgüclüyük