“Tarixi zəfərimİZin əsasları” layihəsi - Görüş

5 Noyabr 2021

“Tarixi zəfərimİZin əsasları” layihəsi - Görüş

Son müraciət tarixi: 6 Noyabr 2021

MÜRACİƏT ET

6 noyabr tarixində #tələbələrimİZ arasında vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsi istiqamətində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilati dəstəyi ilə “Tarixi zəfərimİZin əsasları” layihəsinin növbəti görüşü baş tutacaq.

“Globus Center”də baş tutacaq görüş zamanı politoloq Əli Hacızadə ekspert qismində çıxış edərək şanlı #zəfərimİZ-in diplomatik və siyasi aspektlərindən bəhs edəcək.

📌 Qeyd edək ki, layihə çərçivəsində iqtisadi, siyasi, hüquqi, tarixi, diplomatik aspektlər tələbələrə çatdırılacaq, ekspertlərlə tələbələrin ümumilikdə görüşləri təşkil olunacaq.