“Tarixi zəfərimİZin əsasları” layihəsinin növbəti görüşü baş tutdu

7 Noyabr 2021

“Tarixi zəfərimİZin əsasları” layihəsinin növbəti görüşü baş tutdu

 6 noyabr tarixində #tələbələrimİZ arasında vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsi istiqamətində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilati dəstəyi ilə “Tarixi zəfərimİZin əsasları” layihəsinin növbəti görüşü baş tutdu.

🔺Görüş zamanı politoloq Əli Hacızadə ekspert qismində çıxış edərək şanlı #zəfərimİZ-in diplomatik və siyasi aspektlərindən bəhs etmişdir.