"5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması" layihəsinin "Keyfiyyətli Təhsil" Komitəsinə seçilmiş üzvləri ilə görüş keçirilmişdir.
30 İyul 2020

23 iyul 2020-ci il tarixində🔸️UNICEF Azərbaycanın texniki dəstəyi və 🔹️Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən ➡️"5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması" layihəsinin Bakı şəhəri Xəzər rayon, Biləsuvar, Qazax, Tovuz və Şəmkir rayonları üzrə Məşvərət Şuralarının 👨⚕️"Keyfiyyətli Təhsil" Komitəsinə seçilmiş üzvləri ilə görüş keçirilmişdir. Görüş SDG 4 üzrə gənc səfir Zərifə Zülfüqarovanın təqdimatında baş tutmuşdur. Görüşün keçirilməsində əsas məqsəd ölkəmizdə olan təhsil problemlərini, təhsilin səviyyəsinin yüksəldilməsi yollarını müzakirə etmək və komitə üzvlərinin bununla əlaqədar gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək olmuşdur.
#MysGovAz #EU #UNICEF #NAYORA #YouthInclusion #YouthParticipation