"5 rayonda Gənclərin Yerli Məşvərət Şurasının yaradılması" layihəsinə qeydiyyat davam edir.

27 Mart 2020

"5 rayonda Gənclərin Yerli Məşvərət Şurasının yaradılması" layihəsinə qeydiyyat davam edir.

Son müraciət tarixi: 5 Aprel 2020

MÜRACİƏT ET

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Uşaq Fondunun(UNICEF), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının(ARGTMŞ) təşkilatçılığı ilə 5 rayonda İcra Hakimiyyətləri yanında Gənclərin Yerli Məşvərət Şuralarına üzvlərin seçimi davam edir.

Layihənin məqsədi:
“Seçilmiş 5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi həmin rayonlarda seçilmiş şuralar vasitəsilə qərarlar qəbul olunmasında yeniyetmə və gənclərin fikirlərinin nəzərə alınması, gənclər arasında maraq doğuran və ya onları narahat edən məsələlərin müəyyən olunması, yerli idarəetmə orqanları ilə mütəmadi məsləhətləşmələr çərçivəsində həmin məsələlərin həlli üçün birgə layihələrin hazırlanması və həyata keçirilməsi, yeniyetmə və gənclərin social yönümlü məsələlərin həllində yerli idarəetmə orqanlarına dəstək olması məqsədi ilə həyata keçirilir.

Qeydiyyat üçün link: https://bit.ly/2SCs9QM