"5 Rayonda Gənclərin Yerli Məşvərət Şuralarının Yaradılması" layihəsi çərçivəsində Tovuz rayon İcra Hakimiyyətinin başçısı ilə görüşdük

13 İyun 2022

"5 Rayonda Gənclərin Yerli Məşvərət Şuralarının Yaradılması" layihəsi çərçivəsində Tovuz rayon İcra Hakimiyyətinin başçısı ilə görüşdük

"5 Rayonda Gənclərin Yerli Məşvərət Şuralarının Yaradılması" layihəsi çərçivəsində Tovuz rayon Məşvərət Şurası üzvlərinin Tovuz rayon İcra hakimiyyətinin başçısı Məmməd Məmmədov və Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov ilə görüşü baş tutub.

Görüş zamanı rayonun ekoloji sferası ilə bağlı məsələlər müzakirə olunmuş, rayonda keçirilmiş sorğunun nəticələrinə əsasən təkliflər səsləndirilmiş və həmin təkliflərin ən yaxın zamanda həyata keçirilməsi ilə bağlı müvafiq işlərin görüləcəyi vurğulanmışdır.

Həmçinin görüşün zamanı NAYORA-nın Baş katibi Ramin Həbibzadə Məşvərət Şurasının fəaliyyətinə göstərdiyi dəstək üçün icra başçısına təşəkkür edərək, region gənclərinin inkişafında göstərdiyi dəstəyə görə Məmməd Məmmədov və Sahib Ələsgərova təşəkkür mahiyyətində plaket təqdim etmişdir.

Qeyd edək ki, "5 Rayonda Gənclərin Yerli Məşvərət Şuralarının Yaradılması" layihəsi Avropa İttifaqının dəstəyi, UNICEF Azərbaycanın texniki dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçirilir.