"Azərbaycan Skautlarının hərbi yaddaşı" layihəsi başa çatdı

1 Dekabr 2020

"Azərbaycan Skautlarının hərbi yaddaşı" layihəsi başa çatdı

Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi 11-ci və 13-cü qrant müsabiqələrinin qalibi "Azərbaycan Skautlarının hərbi yaddaşı" layihəsi.

 

Layihə Azərbaycan Skautlar Assosiasiyasının üzvü Rezida Rzayeva tərəfindən Biləsuvar, Bakı, Şəki, Şəmkir, Lənkəran və Xaçmazda həyata keçirilmiş və ümumilikdə 200-dən çox 10-22 yaşlı iştirakçıları əhatə etmişdir. 

Əsas məqsədi Vətən uğrunda şəhid olmuş hərbiçilərimiz haqqında mövzunun hər zaman aktuallığını qoruyub saxlamaq olan və eyni zamanda, iştirakçıların vətənpərvərlik ruhunu qidalandırmaq olan bu layihə çərçivəsində "Azərbaycan hərbiçiləri və skautları" kitabı Azərbaycan və İngilis dilində çap edilmişdir. 

I mərhələdə həmçinin skautlar tərəfindən cəbhədə olan əsgərlərimizə "Azərbaycan Əsgərinə salam olsun!" başlıqlı məktublar yazılmış, ASAN Xidmət Mərkəzinin "Əsgərə məktub" layihəsinin dəstəyilə həmin məktublar hərbi hissəyə göndərilmişdir. 

Layihənin II mərhələsi əsas etibarı ilə qeyri-formal tədris prinsipinə dayanaraq, Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasında sosial medianın, vikipediyanın rolundan bəhs etmişdir. 

"Azərbaycan Skautlarının hərbi yaddaşı" layihəsinin yaxın gələcəkdə Naxçıvanda, eləcə də, işğaldan azad olunmuş torpaqlarımızda keçirilməsi planlaşdırılır.