"Əbədi Sevgi - Vətən" kitabının təqdimat mərasimi baş tutub
1 Oktyabr 2022
“Əbədi Sevgi - Vətən” layihəsi çərçivəsində şəhid və gənc qazilərin şeirlərindən ibarət eyni adlı kitabın tədimat mərasimi baş tutub.
Təqdimat mərasimində Dünya Gənc Türk Yazarlar İctimai Birliyin sədri İntiqam Cavanşir və NAYORA-nın Baş katibi Ramin Həbibzadə layihə və kitab haqqında ümumi məlumat verərək, iştirakçıların suallarını cavablandırıblar.
Əbədi Sevgi - Vətən layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, NAYORA-nın “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramı çərçivəsində Dünya Gənc Türk Yazarlar İctimai Birliyi tərəfindən həyata keçirilib.