"Bizim Gənclik" İctimai Birliyi 1 İyun-Uşaqların Beynəlxalq müdafiəsi gününü təbrik etdi
1 İyun 2020

Uşaqlar evin aynasıdır deyirlər. Bu həqiqətən də belədir. Uşaqlara diqqət ayırmaq, nəvaziş göstərmək, qayğılarına qalmaq isə hər bir valideynin boynuna düşən borcdur. Uşaqsız ev sanki barsız bir bağa bənzəyir. Körpələr olan evdən daima sevinc, xoşbəxtlik, gözəllik duymaq olar. Bundan başqa bir gözəllik varmı?!
Onları qorumaq isə ən çətin və ən vacib işlərdən biridir. Gələcəyimiz olan körpələri düzgün tərbiyələndirmək, onların təhsilini ən yüksək səviyyədə təşkil eləmək gələcəyə verdiyimiz ən böyük sərmayədir. "Bizim Gənclik" İB komandası olaraq 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə baltək şirin körpələrimizi və uşaqlarımızı təbrik edir və demək istəyirik ki, nə yaxşı ki dünyamızı varlığınızla gözəlləşdirirsiniz.