"Bizim Gənclik" İctimai Birliyi 15 İyun Qurtuluş günü ilə bağlı politoloqlarla görüş keçirib
14 İyun 2020

Azərbaycan tarixində şanlı səhifələrin sayı tükənməzdir. Belə günlər bizim qürur yerimizdir. Həmin tarixləri unutmamaq, gələcək nəsilə ötürmək və müstəqilliyimizi əbədi etmək isə bizim ən ülvi borcumuzdur.
"Bizim Gənclik" İctimai Birliyi olaraq 15 iyun - Qurtuluş günü ilə bağlı politoloqlar İlyas Hüseynov və İlqar Vəlizadə ilə gənclərin görüşünə gəlirik. Tariximizi bilmək, gəncləri maarifləndirmək, onların milli ruhda inkişaf etməsinə şərait yaratmaq olduqca mühüm və önəmli faktordur.