"CETERIS PARIBUS" layihəsində NAYORA-nın Beynəlxalq əlaqələr və layihələr Katibliyinin nümayəndələri iştirak ediblər.
9 Avqust 2021

Türkiyənin Antalya şəhərində keçirilən və 5-8 avqust tarixlərini əhatə edən Erasmus+ Gənclərin mübadilə proqramı çərçivəsində baş tutan "CETERIS PARIBUS" layihəsində NAYORA-nın Beynəlxalq əlaqələr və layihələr Katibliyinin nümayəndələri iştirak ediblər.
Bildirmək istərdik ki, NAYORA-nın tərəfdaşı olduğu layihədə Azərbaycanla yanaşı Türkiyə, İtaliya, Gürcüstan, Slovakiya və Ukrayna da iştirak etmişdir.
Məlumat üçün qeyd edək ki, ikinci fazası 3-13 sentyabr tarixlərində keçiriləcək layihədə Azərbaycanı 6 gənc təmsil edəcək.
Layihədən görüntüləri sizinlə bölüşürük