"İdarəçilikdə Sən" layihələrin yazılması və idarəçiliyi məktəbinin birinci fazasının təlimləri yekunlaşıb
23 Fevral 2023

"İdarəçilikdə Sən" layihələrin yazılması və idarəçiliyi məktəbinin birinci fazasının təlimləri yekunlaşıb.
Layihə çərçivəsində 2 gün ərzində 20 nəfər gəncə düzgün layihə yazılması və yazılmış layihələrin düzgün, müasir metodlarla idarə edilməsi istiqamətində təlimlər keçilib.
Həmçinin əlavə olaraq 5 fazadan ibarət təlim kursunun keçirilməsi planlaşdırlıb.
Qeyd edək ki, layihə AR Gənclər Fondunun dəstəyi, NAYORA-nın Gənclər Təşkilatlarlarının Fəaliyyətlərinin Dəstəklənməsi Proqramı - 2.0 çərçivəsində Müasir Gənclərin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən keçirilir.