"Dövlət və Özəl sektor ilə Gənclər Təşkilatlarının KSM istiqamətində əlaqələrinin gücləndirilməsi" forumu çərçivəsində ikinci panel müzakirəsi baş tutub
7 Dekabr 2022

“Dövlət və Özəl sektor ilə Gənclər Təşkilatlarının KSM istiqamətində əlaqələrinin gücləndirilməsi” forumu çərçivəsində ikinci panel müzakirəsi “KSM sahəsində beynəlxalq təcrübənin mənimsənilməsi, mövcud qanunvericilik və imkanlar” mövzusunda baş tutdu.
Moderatorluğunu NAYORA-nın Baş katibi Ramin Həbibzadənin paneldə spiker qismində AR Milli Məclisinin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev, KOBİA-nın biznesə xidmətlər departamentinin müdir müavini Emin Abdullayev, AzGranata MMC-nin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Ülvi Günəşli və Libraff kitab mağazaları şəbəkəsinin PR mütəxəssisi Sərxan Rüstəmov iştirak edib.
Forum zamanı qeyd edilən mövzu ətrafında ümumi müzakirələr aparılmış və tədbir iştirakçılarının ünvanladıqları suallar spikerlər tərəfindən cavablandırılmışdır.
İştirak üçün dövlət qurumlarına, şirkətlərə və gənclər təşkilatlarına təşəkkürümüzü bildiririk.
Qeyd edək ki, layihə AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və AR Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilib.