"Erasmus+ və Avropa Həmrəylik Korpusunda Kreativlik və İnnovasiya" sessiyasına sən də qoşul!
14 Aprel 2021

Son müraciət tarixi: 20 Aprel 2021
"Erasmus+ və Avropa Həmrəylik Korpusunda Kreativlik və İnnovasiya" sessiyasına sən də qoşul!
Bilirik ki, stresin və həyatın çətinliklərinin təsiri, xüsusilə mövcud pandemiya dövründə getdikcə daha çox artır. Məhz, bu sessiyada həm gənc işçilər, həm də gənclər üçün emosional və mental rifahın yeni üsulları araşdırılacaqdır.🤩
Qeyd edək ki, "Erasmus+" təlimlərindəki yaradıcılıq və yeniliklərdən həvəslənərək və son aylarda onlayn təcrübələrdən istifadə etməklə, fərqli elementləri birləşdirmiş konsept olan "Flash sE+ssions" həyata keçirilir.
Layihə ərzində günlük onlayn sessiyalarla məşğul olan gənc mütəxəssislər üçün layihənin təlimləri daha çevik və sadə ola bilər. "Flash sE+ssions" proqramı çərçivəsində gündəlik işlərində iştirakçıların biliklərini araşdırmağa və birbaşa tətbiq etməyə imkan vermək üçün, iştirakçılara təlimçilərdən günün ilk yarısında oflayn tapşırıqlar veriləcəkdir. Günün ikinci yarısının sonunda isə iştirakçılar öz praktik nəticələrini bölüşə və səhər təlimlərində əldə etdikləri bilikləri dərinləşdirə biləcəklər.
Hədəf qrupu:
"Flash sE+ssion", gənclərlə işə daha yaradıcı və yenilikçi bir şəkildə yanaşmağa həvəsli olanlar üçündür. Mental və emosional sağlamlıq mövzularında həqiqətən inkişaf etmək və gənclərlə işləmək üçün yeni yollar araşdıran gənc işçilər və gənc liderlər, mütəxəssislər və könüllülər bu layihədə iştirak edə bilərlər.
Hər bir "Flash sE+ssion" 4 mərhələdən ibarətdir:
1. İştirakçılar mövzu ilə səhərlər onlayn qaydada olmaqla (fasilə ilə) interaktiv şəkildə 3 saatlıq sessiyalar vasitəsilə tanış olurlar.
2. Səhərin sonunda iştirakçılar oflayn qaydada olmaqla müxtəlif tapşırıq alırlar.
3. Təlimçilər günortadan sonra mövzu və verilən tapşırıqlarla bağlı iştirakçılarla birlikdə məsləhətləşmələr aparırlar.
4. Məsləhətləşmələr kiçik qruplarda və ya ayrı-ayrılıqda baş verir.