"Gələcəyə Körpü" GİB in üzvləri İctimai Nəzarət qruplarında fəal iştirak edir.
25 Noyabr 2020

Təşkilatımızın üzvlərindən təşkil olunmuş İctimai Nəzarət qrupu Gəncə şəhəri gəncləri arasında onları narahat edən məsələlərin müəyyən olunması üçün sorğu aparırlar. Eyni zamanda koronavirusa qarşı mübarizədə gigiyenik qaydalara əməl edilməsinin vacibliyi barədə maarifləndirmə apararaq bukletlər təqdim edirlər.
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə İctimai Nəzarət Qrupları paytaxt və regionalarda fəaliyyət göstərməyə davam edir.