"Gənclər Soruşur, Biz Cavablayırıq" - Fərid Cəfərov suallarınızı cavablayacaq

11 Mart 2021

"Gənclər Soruşur, Biz Cavablayırıq" - Fərid Cəfərov suallarınızı cavablayacaq

Son müraciət tarixi: 16 Mart 2021

MÜRACİƏT ET

"Gənclər Soruşur, Biz Cavablayırıq" layihəsi çərçivəsində çəkiləcək videoçarxların əsas məqsədi Azərbaycan Respublikası gənclərinin ictimai, sosial, mədəni, həmçinin, digər sferalar ilə bağlı suallarını cavablandırmaq və onları cəmiyyətdə fəal iştiraka təşviq etməkdir.  

Layihə dövlət quruculuğunda, gənclər sahəsində qərarverən şəxslər və maraqlı tərəflərin gəncləri maraqlandıran sualları cavablandırlacaqdır. Əsas məqsəd gənclərin qayğıları və maraqlandıqları istiqamətlər üzrə qərarvermə prosesində iştirak etmələri və bu sahədə qərarverici orqanların fikirlərini birbaşa gənclərə çatdırmaqdır.

 

Layihənin ilk qonağı Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovdur.
 

"Gənclər Soruşur, Biz Cavablayırıq" layihəsi çərçivəsində Fərid Cəfərov və icraçısı olduğu təşkilatın gənclər sahəsindəki gördüyü və görəcəyi işlər, sizin gənc olaraq gələcək fəaliyyətiniz istiqamətində qayğılarınız və maraqlarınız haqqında suallar verə bilərsiniz.

 

Bu sorğunu dolduraraq əvvəlcə maraqlandığınız istiqmət üzrə suallarınz və sualın cavabının sizin indiki və ya gələcək fəaliyyətinizə necə təsiri olacağını ətraflı şəkildə izah etməyiniz xahiş olunacaqdır. Daha sonra günün iştirakçısı tərəfindən həm gənclər sahəsi üçün həm də bu il üçün ən prioritet olan mövzularda olan 5 sual seçiləcəkdir. Seçilmiş sualların aid olduğu fərdlərlə əlaqə saxlanaraq sualı video formatında verməsi xahiş olunacaqdır. Daha sonra Fərid Cəfərov seçilmiş sualları tək-tək video şəklində cavablandıracaqdır.