"Gənclər Soruşur, Biz Cavablayırıq" layihəsi ilə yenidən qarşınızdayıq!
30 May 2021

Son müraciət tarixi: 4 İyun 2021
"Gənclər Soruşur, Biz Cavablayırıq" layihəsi ilə yenidən qarşınızdayıq!
Əziz Gənclər!
Bu dəfə Siz soruşacaqsınız, Milli Məclisin deputatı, eyni zamanda Mədəniyyət komitəsinin sədri Qənirə xanım Paşayeva cavablayacaq
"Gənclər Soruşur, Biz Cavablayırıq" layihəsi çərçivəsində Qənirə xanım Paşayevaya sədri olduğu komitənin gənclərin mədəniyyət sahəsində fəaliyyətlərinin artırılması ilə bağlı gördüyü və görəcəyi işlər, gənc olaraq mədəniyyət sahəsində gələcək fəaliyyətləriniz, həmçinin qayğılarınız və aidiyyatı sahə üzrə sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.
Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihənin təşkili istiqamətində və suallarınızın qonaqlar tərəfindən hansı formatda cavablandırılacağı ilə bağlı ilkin təəssüratlarınızın yaranması üçün, layihəmizin ilk qonağı Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun layihə çərçivəsində hazırlanmış videoçarxı izləmək üçün bioya keçid edə bilərsiniz.
Sorğunun bitmə tarixi: 4 iyun, 23:00
#MilliMəclis #NAYORA #Birlikdə #GənclərSoruşurBizCavablayırıq