"Gənclər təşkilatlarında təcrübənin karyerada rolu" mövzusunda onlayn vebinar baş tutdu.

29 May 2020

"Gənclər təşkilatlarında təcrübənin karyerada rolu" mövzusunda onlayn vebinar baş tutdu.

27 may 2020-ci il tarixində Biznes mentor, İşgüzar İnkişaf yazarı, Hüquq üzrə fəlsəfə doktoru, dosent Nadir Adilmanın təqdimatında "Gənclər təşkilatlarında təcrübənin karyerada rolu" mövzusunda onlayn vebinar baş tutmuşdur. Vebinarın keçirilməsinin əsas məqsədi gənclər təşkilatları nümayəndələrini yerli və beynəlxalq təşkilatlarda təcrübə əldə edərək uğurlu və işgüzar karyera istiqamətində müsbət nəticənin əldə edilməsi barəsində maarifləndirmək olmuşdur. Vebinarda aşağıdakı mövzulara toxunulmuşdur.
- Gənclər təşkilatlarında təcrübə necə qazanılır?;
- Beynəlxalq təcrübənin karyera imkanlarına təsir istiqamətləri.
Onlayn vebinarda gənclər təşkilatlarının rəhbər və nümayəndələri, ARGTMŞ-nın katibliyi və könüllüləri olmaqla 40-a yaxın iştirakçı iştirak etmişdir. Vebinar ərzində Nadir Adilman təlim iştirakçıları tərəfindən ona ünvanlanan sualları cavablandırıb.

 

Vebinarı izləmək üçün link:

https://youtu.be/5ZxSl658sSg

#NAYORA #OnlineYouthWork #EvdəQal #webinar