"Gənclər Təşkilatlarının Şəbəkələşmə görüşü" ikinci günü
31 İyul 2021

"Gənclər Təşkilatlarının Şəbəkələşmə görüşü" ikinci günü
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən görüşün ikinci günü səhər idmanı ilə başlamışdır. Daha sonra NAYORA-nın İdarə heyətinin üzvü Ülkər Xanlarova və Azərbaycan Skautlar Assosiasiyasının Baş müvəkkili Ülvi Camalsoy və Qoşqar Qurbanovun "Kokteyl oyunu" keçirilmişdir.
Görüşün davamında NAYORA-nın sədri Azər Əliyev və sədr müavini Ülviyyə Axundova "Layihə təkliflərinin yazılması" mövzusunda təlim keçmişdirlər.
Görüşün sonuna doğru NAYORA-nın Baş katibi Ramin Həbibzadə və Fərid Məhərrəmovun "Layihə tərəfdaşlarının və donorların cəlb edilmə üsulları" vörkşopu keçirilmişdir.
Görüşün ikinci günündən şəkilləri sizinlə bölüşürük: