"Gənclərin hüquqlara çıxışı” adlı təlim-seminar
31 Mart 2022

Son müraciət tarixi: 11 Aprel 2022
"Gənclərin hüquqlara çıxışı” adlı təlim-seminar
Gənclər və İdman Nazirliyi və Avropa Şurası Gənclər Departamenti arasında xüsusi ikitərəfli əməkdaşlıq proqramı çərçivəsində gənclərin iştirakçılığını, qərarlara təsir və hüquqlara çıxış imkanlarını təşviq etmək, Azərbaycanda gənclər siyasətinin və gənclərlə işin gələcək inkişafı üçün milli və yerli səviyyədə müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycandan olan milli və yerli səviyyədə gənclərlə işləyən dövlət qurumlarının mütəxəssisləri və gənclər təşkilatlarının nümayəndələri üçün Fransanın Strasburq şəhərində keçiriləcək “Gənclərin hüquqlara çıxışı” adlı təlim-seminarda iştirak üzrə seçim elan olunur.
Namizədlərə dair tələblər:
- gənclər işi, gənclərin iştirakçılığı, demokratik vətəndaşlıq və qeyri-formal təhsilin inkişafı sahəsində fəaliyyətlər aparan təcrübəli şəxs olmalı;
- təlim seminardan əldə edəcəyi biliyi öz işində istifadə etməyə motivasiyalı olmalı;
- digər iştirakçılarla əlaqə qurmaqda maraqlı olmalı;
- namizədin iştirakı çalışdığı qurum və ya təşkilat tərəfindən dəstəklənməli və bunun üçün tövsiyə məktubu təqdim olunmalı;
- təlim-seminar müddətində sessiya və məşğələlərdə iştirak etməli;
- Azərbaycan və ingilis dillərini sərbəst bilməli;
- Azərbaycan Respublikasının vətəndaşı olmalı;
- 18-35 yaş arasında olmalıdır.
Son müraciət tarixi: 11 aprel 2022-ci il.
Qeydiyyat linki: https://bit.ly/3iLs6xW
Əlavə məlumat üçün aşağıdakı şəxslərlə əlaqə saxlaya bilərsiniz:
Rüstəm Abdullayev
Avropa Şurası Gənclər Departamentinin proqramlar üzrə əlaqələndiricisi
E-mail: [email protected]
Zülfiyyə Mustafayeva
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin aparıcı məsləhətçisi
e-mail: [email protected]
Əlaqə nömrəsi: +994124652155