"Gənclərin Liderlik Akademiyası 2" layihəsinin "1 sual, 1cavab" sessiyasının qonağı olduq

19 May 2022

"Gənclərin Liderlik Akademiyası 2" layihəsinin "1 sual, 1cavab" sessiyasının qonağı olduq

NAYORA-nın Baş katibi Ramin Həbibzadə və İdarə Heyətinin üzvü, həmçinin Böyük Qayıdış Gənclər Təşkilatının İcraçı direktoru Nail Şükürov "Gənclərin Liderlik Akademiyası 2" layihəsinin "1 sual, 1cavab" sessiyasının qonaqları olublar.

Sessiya müddətində iştirakçılar tərəfindən yönləndirilən suallar cavablandırılmış və aktual mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.