"Gənclərlə iş sahəsində yaradıcı düşüncə və problem həll etmə" sessiyasına sən də qoşul!
19 Aprel 2021

Son müraciət tarixi: 3 May 2021
"Gənclərlə iş sahəsində yaradıcı düşüncə və problem həll etmə" sessiyasına sən də qoşul!
Erasmus+ və Avropa Həmrəylik Korpusunda "Kreativlik və İnnovasiya" proqramının digər sessiyasından biri olan bu sessiya gün ərzində onlayn formatda keçirilməsi planlaşdırılır.
Proqram zamanı günlük onlayn sessiyalarla məşğul olan gənc mütəxəssislər üçün təlimlər daha sadə və çevik ola bilər.
Bir çox insanlar pandemiya müddətində gənclərlə işləmək üçün yeni üsullar araşdırdı və öyrəndi. Məhz bu sessiyada, gənclər işində həm fərdi, həm də kollektiv şəkildə yaradıcı düşüncənin inkişaf etdirilməsi üçün konkret üsullar öyrədiləcəkdir. Həmçinin, yaradıcı kollektivlə işləmək, yaradıcı lider olmaq və yeniliklər yaratmaq üçün istifadə ediləcək yeni metod və üsullar təqdim olunacaqdır.
Hədəf qrupu:
Gənclərlə iş sahəsində yaradıcı və yenilikçi bir formada yanaşmağa həvəsli olan gənc işçilər və liderlər, mütəxəssislər və könüllülər üçündür.
Metodologiya:
Hər bir Flash sE+ssion 4 mərhələdən ibarətdir:
1. İştirakçılar mövzu ilə səhərlər onlayn formatda (fasilə ilə) interaktiv şəkildə 3 saatlıq sessiyalar vasitəsilə tanış olacaqlar.
2. Səhərin sonunda iştirakçılar oflayn formatda müxtəlif tapşırıqlar alacaqlar.
3. Təlimçilər günortadan sonra mövzu və verilən tapşırıqlar haqqında iştirakçılarla birlikdə məsləhətləşmələr aparacaqlar.
4. Məsləhətləşmələr ehtiyac vəziyyəti ilə əlaqədar olaraq kiçik qruplarda və ya ayrı-ayrılıqda baş tutacaqdır.
Tapşırıqların nəticələrini bölüşmək, öyrənilən bilikləri dərinləşdirmək və sessiyanı bitirmək üçün günün ikinci yarısında 90 dəqiqəlik iclas sessiyası baş tutacaqdır.